Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidir?

Fransanın paytaxtı Parisdə Olimpiya Oyunları davam edir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan medal sıralamasında 3 medalla 22-ci pillədə yer alıb. Ölkənin aktivində iki qızıl, bir gümüş medal var.

Cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev “qızıl”, taekvondoçu Qaşım Maqomedov isə “gümüş” qazanıb.

Sıralamanın birinci pilləsində 94 medalla ABŞ yer alıb. Onların 27-si qızıl, 35-ü gümüş, 32-si isə bürünc medaldır.