Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidir?

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

Futbolpress.az xəbər verir ki, komandanın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc medal var.

Cüdoçular Hidayət Heydərov, Zelimt Kotsoyev qızıl, taekvondoçu Qaşım Maqomedov, boksçu Alfonso Dominqes gümüş, güləşçi Həsrət Cəfərov isə bürünc medal qazanıb.

Siyahıda birinci pillədə 111 medalla ABŞ yer alıb.