Paris-2024: Azərbaycan idmançısı finala vəsiqə qazandı

Azərbaycanı Parisdə keçirilən Olimpiya Oyunlarının çəkicatma yarışında təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, atletimiz təsnifat mərhələsində üç cəhddə 69,58, 69,04 və 72,55 metr nəticə ilə yadda qalıb. O, A və B qrupunun yekununda 6-cı yeri tutub və finala vəsiqə qazanıb.

Final görüşləri avqustun 6-da olacaq.