Paris-2024: Azərbaycan idmançısı 43-cü oldu

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya oyunlarında mübarizəyə qoşulub.

Futbolpress.az xəbər verir ki, 55 idmançı arasında mübarizə aparan Rostislav ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edərək 43-cü olub.

Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.