Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Futbolpress.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib. Görüş Kokaurinin qələbəsiylə başa çatıb və o, 1/8 finala yüksəlib.
Azərbaycan idmançısının növbəti rəqibi Martti Puumalaynen olacaq.