Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Futbolpress.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda finlandiyalı Martti Pumalaynenlə qarşılaşıb və qələbə qazanıb.
1/4 finala yüksələn Uşanqinin növbəti rəbiqi koreyalı Minyon Kim olacaq.