25 iyulda Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının cüdo yarışlarının püşkatma mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Xatırladaq ki, cüdo üzrə fərdi yarışlar 27 iyul – 2 avqust tarixlərində keçiriləcək. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda qadınlar və kişilər arasında 9 cüdoçu ilə təmsil olunacaq.
Qadınlar
–
48 kq.
Leyla Əliyeva – Xalimacon Kurbonova (Özbəkistan)
-52 kq.
Gültac Məmmədəliyeva – Anqelika Delqado (Amerika Birləşmiş Ştatları)
Kişilər
-60 kq.
Balabəy Ağayev – Simon Zulu (Zambiya) / Yin Kim Von (Cənubi Koreya) qarşılaşmasının qalibi ilə
-66 kq.
Yaşar Nəcəfov – Strahinya Bunçiç (Serbiya)
-73 kq.
Hidayət Heydərov – Tohar Butbul (İsrail) / Messaoud Redouane Dris (Əlcəzair)
-81 kq.
Zelim Tçkayev – Alfa Umar Calo (Fransa) / Abdelrahman Abdelqhani (Misir) görüşünün qalibi ilə
-90 kq.
Elcan Hacıyev – Mihael Zqank (Türkiyə)
-100 kq.
Zelim Kotsoyev – Tomas Briseno (Çili) / Piotr Kuçera (Polşa) görüşünün qalibi ilə
+100 kq.
Uşanqi Kokauri – Rafael Silva (Braziliya)