Paris-2024: Azərbaycan badmintonçusundan uğursuz start

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, o, Çini təmsil edən He Bin Çzyao ilə qarşılaşıb. Görüş Azərbaycan badmintonçusunun məğlubiyyəti ilə başa çatıb – 0:2.

Fatima Zəhra ikinci görüşünü iyulun 29-da keçirəcək.

Qrup mərhələsini birinci bitirənlər növbəti mərhələyə yüksələcək.