Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Futbolpress.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb. Lunyov 33 iştirakçı arasında 571 xalla 24-cü olub və finala yüksələ bilməyib.
O, daha sonra 25 metr məsafədən atəşaçmada gücünü sınayacaq.
Paris-2024 avqustun 11-də başa çatacaq.