Paris-2024: Azərbaycan 7 medal qazandı

Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

Futbolpress.az xəbər verir ki, iştirakçı 48 idmançıdan 7-si medal qazanıb.

Cüdoçular Hidayət Heydərov, Zelim Kotsoyev qızıl, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Dominqes gümüş, güləşçilər Həsrət Cəfərov, Giorgi Meşvildişvili və Maqomedxan Maqomedov isə bürünc medal qazanıb.