Paris-2024: Azərbaycan 31-cidir

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 31-ci pillədə qərarlaşıb.

Futbolpress.az xəbər verir ki, yığmanın aktivində 3 medal var. Bunlardan biri qızıl, biri gümüş və biri bürüncdür.

Qızıl medalı parataekvondoçu İmaməddin Xəlilov, gümüşü paraüzgüçü Raman Salei, bürüncü isə digər parataekvondoçu Sabir Zeynalov qazanıb.

Ən çox medal isə Çinin aktivindədir – 71 medal.