Paris-2024: Alfonso Dominqez “gümüş”lə kifayətləndi

Paris Yay Olimpiya oyunlarında iştirak edən boks millimizin üzvü Alfonso Dominqez final görüşünə çıxıb.

Futbolpress.az xəbər verir ki, 92 kq-da yarışan təmsilçimiz həlledici görüşdə Özbəkistanı təmsil edən Lazizbek Mullojonovla qarşılaşıb. Döyüş rəqib idmançının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.