Fransanın paytaxtı Paris daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək. Avqustun 28-dən sentyabrın 8-nə qədər şəhərdə XVII Paralimpiya Oyunları keçiriləcək.
Azərbaycan ilk dəfə Paralimpiya Oyunlarında 7 idman növündə 18 idmançı ilə təmsil olunacaq. Onlardan 4-ü paratletika, 3-ü paraüzgüçülük, 3-ü parataekvondo, 3-ü paracüdo, 2-si paraatıcılıq, 1-i parakamandan oxatma və 1-i də parapauerliftinq növündə yarışacaq.
Siyahı:
Paraatletika
Oloxan Musayev (nüvə itələmə)
Rüfət Rəfiyev (nüvə itələmə)
Lamiyə Vəliyeva (qaçış)
Səid Nəcəfzadə (uzunluğa tullanma)
Orxan Aslanov (uzunluğa tullanma)
Paraüzgüçülük
Raman Salei
Vəli İsrafilov
Könül Süleymanova
Parataekvondo
Sabir Zeynalov
İmaməddin Xəlilov
Əbülfəz Abuzərli
Paracüdo
İlham Zəkiyev
Dürsədəf Kərimova
Xatirə İsmiyeva
Paraatıcılıq
Kamran Zeynalov
Aybəniz Babayeva
Parakamandan oxatma
Cahan Musayev
Parapauerliftinq
Ceyhun Mahmudov
Yarışın başlanmasına artıq üç gün qalıb. Məhudiyyətli idmançılar üçün təşkil edilən Paralimpiya Oyunlarının tarixi isə 64 il əvvələ çıxır.
Məhdudiyyətli idmançılar üçün ilk idman klubu 1888-ci ildə Berlində yaradılıb. II Dünya Müharibəsində aktiv olmayan bu idman klubları daha sonra 1944-cü ildə İngiltərədə inkişafa keçib. Əvvəldə həkim Lüdviq Qurrmann xəstəxanada yerimə məhdudiyyətli şəxslərlə idmanla məşğul olmağa başlayıb.
İlk Paralimpiya Oyunları isə 1960-cı ildə İtaliyanın paytaxtı Romada keçirilib. Həmin yarışda 53 ölkədən 57 idmançı 8 növdə mübarizə aparacaq. 1964-cü ildəki Paralimpiya Oyunları isə paralimpiya bayrağını daşıma, marşın ilk dəfə səslənməsi ilə tarixə keçib. 1988-ci ildən isə Olimpiya və Paralimpiya Oyunları eyni şəhərdə təşkil edilir. Paris ilk dəfə yarışa ev sahibliyi edəcək.
Paralimpiya Oyunları sonuncu dəfə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokyoda təşkil edilib. Azərbaycan burada 36 idmançıyla təmsil olunub. Ölkəmiz ümumi 19 medalla sıralamada 10-cu olub. Bildirək ki, bu medalların 14-ü “qızıl” olub. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli və Dursədəf Kərimova, yüngül atletlər Lamiyə Vəliyeva, Həmid Heydəri, Elvin Astanov və Orxan Aslanov, üzgüçülər Roman Saleh və Vəli İsrafilov Paralimpiadada fəxri kürsünün birinci pilləsinə yüksəliblər..
Parisdə 24 iyul – 8 avqustda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan 44 idmançı ilə təmsil olunub. Ölkəmiz ümumilikdə 7 medalla (2 qızıl, 2 gümüş, 3 bürünc) 30-cu sırada qərarlaşıb və bu, Azərbaycan idmançıları üçün Olimpiya Oyunlarındakı ən yaxşı göstəricidir. Qızıl medalları cüdoda Hidayət Heydərov və Zelim Kotsoyev qazanıb.
Paralimpiya Oyunlarında da Azərbaycan idmançılarına ümidlər böyükdür. Xüsusilə, paraüzgücü Roman Saleh və paracüdoçu İlham Zəkiyevdən qızıl gözləntiləri var. Məhz bu iki idmançı Azərbaycanın paralimpiyalarda ən çox qızıl medal qazanan idmançılarıdır. Eyni zamanda parataekvondoçu İmaməddin Xəlilovdan da uğurlu çıxış gözlənilir.
Paralimpiya məhdudiyyətli tək idmançılar deyil, digər şəxslər üçün də motivasiya qaynağıdır. Onlara xüsusi diqqətin ayrılması, idman sahəsində böyük turnirlərin təşkili, idmançılara göstərilən qayğı və ehtiram məhdudiyyətlərin nəyəsə əngəl olmadığının bir daha sübutudur.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.