Paralimpiya Oyunları: Azərbaycanın bayraqdarları bilindi

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bayraqları parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar.

Paris-2024 Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək olacaq.

Hazırda şəhərdə Olimpiya Oyunları davam edir və avqustun 11-də başa çatacaq. Azərbaycan yarışda 3 medal – 2 qızıl, 1 gümüş qazanıb.