Paralimpiya Komitəsinə baş katib təyinatı

Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat olub.

Futbolpress.az xəbər verir ki, Toğrul Rəhimov komitənin baş katibi təyin edilib.
Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış T.Rəhimov 2000-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 20 ildən çox dövlət və özəl sektorda mühüm vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.