Pampers, Santuş, quş…

Estoniya ilə oyundan əvvəl Santuş demişdi ki, Bədavi azərbaycanca yaxşı bilmədiyi üçün Abbası kapitan seçib.

Slovakiya oyunda isə millin kapitanı yenidən Bədavi idi. Bir neçə günə dilimizi öyrəndi? Yox. Sadəcə, adsız dəyirmanda xoruz banlayar…

Yiyəsiz AFFA-da belə xaos olar.

Santuş milli komandanın “sükan”çısı təyin olunanda onun yaşını qabardanları anlamırdım. Bunu anormal sayırdım.

Lakin bu qoca sərsəm xəfif fırıldaqçı istedadını işə salmağa başlayıb. Elə buna görə də hörmət bəsləməyə gərək yoxdur.

70 yaşlı qoca 4 oyunda 4 məğlubiyyətin memarıdır. Slovakiyaya doğma meydanda 1:3 hesablı məğlubiyyətdən sonra deyib ki, bir neçə ilə yaxşı futbol oynaya biləcək komanda formalaşdırmaq olar, vaxt vermək lazımdır.

Pampers mahiyyətli hiyləgərliyinə gəl bunun…

Kamil Əhməd