“Çelsi”nin futbolçusu Koul Palmer açıqlama verib.
Futbolpress.az xəbər verir ki, ingilis yarımmüdafiəçi “zadəganlar”a keçidi haqda danışıb:
“Açığı, “Çelsi”yə belə keçəcəyimi planlaşdırmırdım. Yadımdadır, “Mançester Siti” ilə məşqdə idim və eşitdim ki, klublar arasında danışıqlar gedir. Məşqdə top çıxanda məşqçilər heyətindən tez-tez soruşurdum ki, artıq razılıq olub, ya yox”.
Palmer 2023-cü ilin sentyabrın 47 milyon avro qarşılığında “Mançester Siti”dən “Çelsi”yə keçib. O, London klubunda 58 oyunda 32 qol vurub, 20 məhsuldar ötürmə edib.