“Neftçi”nin futbolçusu Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Dinamo” (Zaqreb) – “Qarabağ” oyunu haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, Xorvatiya mətbuatına danışan yarımmüdafiəçi bunları deyib:
“Xorvatiyada hamı bilməlidir ki, “Qarabağ” böyük komandadır və onlar üçün asan olmayacaq. Şansları bərabər hesab edirəm. “Qarabağ”ın oyunçuları çox koordinasiyalıdır. Uzun müddət bir yerdə oynayan futbolçulardır. Xorvatiyada çoxları Azərbaycan futbolunu aşağı qiymətləndirir, amma “Dinamo” buna icazə verə bilməz.
“Qarabağ” mübarizə aparacaq, müdafiədə olacaqlarını düşünmürəm. Çünki komandada bu yoxdur. İrəlidə keyfiyyətli və sürətli oyunçuları var və “Dinamo” diqqətli olmalı olacaq”.
Ozobiç 2018-2023-cü illərdə “Qarabağ”da forma geyinib.
“Dinamo” – “Qarabağ” oyunu saat 23:00-da start götürəcək.