“Neftçi”nin futbolçusu Filip Ozobiç Azərbaycan millisindəki karyerasını bitirməyib.
Futbolpress.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi Xorvatiya mətbuatına açıqlamasında deyib. O, sağlam olacağı halda, oynamağa davam etmək istədiyini deyib.
Filip Ozobiç 2021-ci ildən Azərbaycan yığmasının formasını geyinir. 33 yaşlı futbolçu millidə 15 oyunda meydana çıxıb.