Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland I Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Helmond”la qarşılaşıb. Görüş “Eyndhoven”in məğlubiyyəti ilə başa çatıb – 0:2.
Ozan bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan və sona qədər oynayan yarımmüdafiəçi 87-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Eyndhoven” 37 turdan sonra 40 xalla 15-ci sıradadır.