Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi HİK (Finlandiya) Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, Helsinki təmsilçisi Farer adaları komandası “Klaksvik”in qonağı olub. Görüş qollu bərabərliklə başa çatıb – 2:2.
Ozan bu görüşdə start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.
Komandalar arasındakı cavab görüşü avqustun 29-da olacaq.