Avro-2024-də İspaniya və Almaniya milli komandaları arasında keçirilən 1/4 final oyununun ən yaxşı futbolçusu açıqlanıb.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, ispanların yarımmüdafiəçisi Dani Olmodur.
Futbolçu 8-ci dəqiqədə zədələnən Pedrinin əvəzinə meydana daxil olub və bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Görüş ispanların qələbəsiylə başa çatıb – 2:1.