“Oyunu əlavə vaxta aparsaydıq, qələbə qazanardıq” – Ranqnik

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün 1/8 final mərhələsində Türkiyəyə məğlub olduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, 66 yaşlı mütəxəssis matçla bağlı bunları deyib:

“Bərabərlik qolunu vurmaq üçün vaxtımız var idi. Çox yaxınlaşdıq, amma olmadı. Türkiyə müdafiədə çox etibarlı oynadı. Oyunu əlavə vaxta aparsaydıq, qələbə qazanardıq”.