Oyunçu tapılmadı, klub texniki məğlubiyyət aldı – Azərbaycanda

AFFA U-17 Qızlar Liqasının “Zaqatala” – “Şəfa” oyunu baş tutmayıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb meydan sahibi komandada yetərsay oyunçu olmayıb. Bu barədə AFFA İntizam Komitəsinin qərarlarında qeyd edilib.

Oyunun keçirilməməsinə görə “Zaqatala”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.