Oynamayan qapıçı üçün 6 illik müqavilə

“Real” qapıçısı Andrey Luninin müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb. Ukraynalı qolkiperlə 6 illik müqavilə imzalanıb.

Qolkiperin müqaviləsi 2025-ci ilin yayına kimi idi. O, bu mövsüm La Liqada oyuna çıxmayıb.