“Real” qapıçısı Andrey Luninin müqaviləsini uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb. Ukraynalı qolkiperlə 6 illik müqavilə imzalanıb.
Qolkiperin müqaviləsi 2025-ci ilin yayına kimi idi. O, bu mövsüm La Liqada oyuna çıxmayıb.