Ospina yetirməsi olduğu kluba qayıtdı

“Əl Nəsr”in qapıçısı David Ospina klubu tərk edib.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı qolkiperin müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Ospinanın yeni klubu da artıq bəllidir. Kolumbiyalı qolkiper ölkəsinin “Atletiko Nasyonal” komandasına keçib.

David bu klubun yetirməsi olub. O, daha sonra Fransada “Nitsa”, İngiltərədə “Arsenal”, İtaliyada “Napoli”də forma geyinib.