“Osiyek”in baş məşqçisi: “Bu nəticəni qəbul etmək çətindir”

“Osiyek”in baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının III təsnifat mərhələsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Məyus olduğumuz aydındır. Hər şey öz əlimizdə idi və bu nəticəni qəbul etmək çətindir. Oyuna nəzarət edir, imkanlar yaradırdıq. Digər tərəfdən, heç kim son dəqiqədə qol buraxanda sevinə bilməz.

İlk hissədə xüsusilə yaxşı oynadıq. Azarkeşlər komandanı necə dəyərləndirəcəklərini bilirlər. Hər oyun təcrübədir. Böyüməli və səhvlərdən dərs çıxarmalıyıq”.

“Zirə” ilə “Osiyek” arasındakı cavab oyunu avqustun 15-də Bakıda keçiriləcək.