Osimhen üçün son qiymət

“Napoli” 130 milyon avro qarşılığında Viktor Osimheni satmağa hazırdır.

Futbolpress.az yerli KİV-ə istinadən xəbər verir ki, “Arsenal” Osimhen üçün hərəkətə keçib.

Tərəflər arasında razılıq olarsa, hücumçu Premyer Liqa klubuna transfer ediləcək.

Daha əvvəl PSJ və “Çelsi” də futbolçunu heyətinə qatmağı düşünürdü.

O, bu mövsüm 32 oyunda 17 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.