Osimhen üçün rəsmi təklif göndərdilər

“Napoli”nin futbolçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Əhli” nigeriyalı hücumçu üçün 65 milyon avro təklif edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Napoli” 25 yaşlı futbolçunu satmaq istəyir, lakin tərəflər arasında hələ razılıq əldə edilməyib.

Osimhen “Napoli” formasıyla 223 oyunda 114 qol vurub.