Müqavilə ilə “Napoli”yə məxsus olan, icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Nottingem Forest” nigeriyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “TEAMtalk” portalı məlumat yayıb.
Premyer Liqa təmsilçisi Osimhen üçün 75 milyon avro ödəməyə hazırdır. 26 yaşlı futbolçu ilə eyni zamanda PSJ və “Mançester Yunayted” də maraqlanır.
Osimhen bu mövsüm 30 oyunda 26 qol vurub, 5 məhsuldar ötürmə edib.