Osimhen “Qalatasaray”la bağlı qərarını açıqladı

Nigeriyalı hücumçu Viktor Osimhen “Qalatasaray”dakı gələcəyi haqda danışıb.

Futbolpress.az xəbər verir ki, icarə əsasında komandada oynayan hücumçu mövsümü “sarı-qırmızılar”da tamamlamaq istədiyini deyib:

“Bura gəlmək xüsusi bir şeydir. Didye Droqba da bu komandada oynayıb. “Qalatasaray” azarkeşlərinin məni qarşıladığını xatırlayanda xüsusi hisslər yaşayıram. Burdan daha yaxşı yerdə xoşbəxt olmazdım. Mövsümü “Qalatasaray”da tamamlamaq istəyirəm. Amma futboldur. Gələcəyimə özümə qərar verəcəm, başqaları yox”.

Osimhen mövsümün əvvəlində “Napoli”dən bir illik icarəyə götürülüb. Forvard Super Liqada 3 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.