Osimhen PSJ-yə “yox” dedi

“Napoli”nin futbolçusu Viktor Osimhen PSJ-dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb. 25 yaşlı hücumçu Paris klubunun təklifini rədd edib.

Osimhen karyerasını İngiltərədə davam etdirmək istəyir və Premyer Liqa klublarından təklif gözləyir.

“Çelsi” və “Arsenal” nigeriyalı forvardı yaxından izləyir.

Osimhen bu mövsüm 30 oyunda 17 qol vurub, 4 məhsuldar ötürmə edib.