Osimhen karyerasına İngiltərədə davam edə bilər

“Napoli”nin futbolçusu Viktor Osimhen karyerasına İngiltərədə davam edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Qeyd olunub ki, hücumçunun xidmətində “Arsenal” maraqlıdır. 25 yaşlı futbolçunu  Səudiyyə Ərəbistanı klubları da heyətinə qatmaq istəyir.

Nigeriyalı bu mövsüm 32 matçda 17 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Napoli” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.