Osimhen jurnalisti hədələdi

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen jurnalistlərə hücum edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Posta” nəşrinin müxbiri Tolqa Bozduman açıqlama verib:

“Mən və üç həmkarım Osimheni klubun qarşısında gördük və onu görüntülədik. Lakin bu anda xaos yarandı. Osimhen qışqıra-qışqıra üstümə qaçdı, kameranı götürməyə çalışdı. Buna imkan vermədim. Yumruğu ilə başıma vurdu və səni məhv edəcəm dedi”.

Osimhen icarə əsasında “Qalatasaray”da çıxış edir. O, bu mövsüm Super Liqada 14 oyunda 11 qol vurub.