Osimhen: “Burda unudulmaz xatirələr yaratmaq istəyirəm”

Nigeriyalı hücumçu Viktor Osimhen “Qalatasaray”a keçidini şərh edib.

Futbolpress.az xəbər verir ki, forvard “sarı-qırmızılar”a qoşulması haqda bunları deyib:

“Qalatasaray” ailəsinin bir parçası olduğum üçün çox xoşbəxtəm. Komanda üçün hər şeyimi verməyə, azarkeşlərlə yeni səyahətə hazıram. Burda unudulmaz xatirələr yaratmaq istəyirəm”.

“Qalatasaray” Osimheni “Napoli”dən bir illik icarəyə götürüb.