Osimhenə “elçi” düşdülər

“Napoli”dən icarə əsasında “Qalatasaray”da çıxış edən hücumçu Viktor Osimhen İngiltərə Premyer Liqasının 4 klubunun marağına səbəb olub.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Arsenal”, “Aston Villa” və “Nyukasl” maraqlanır. İngiltərə Premyer Liqasının dörd klubu bu yay nigeriyalını transfer etməyi düşünür.

Viktor Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində 23 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə verib. “Transfermarkt” portalının məlumatına görə, forvardın dəyəri 75 milyon avrodur.