Osimen İngiltərə klubunun siyahısında

Müqavilə ilə “Napoli”yə məxsus olan, icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” nigeriyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “SKy” nəşri məlumat yayıb.

Yay transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirmək istəyən “qırmızı şeytanlar”da bu mövqeyə əsas namizədlər Osimhen, Benjamin Şeşko (“Leypsiq”) və Huqo Ekitikedir (“Ayntraxt”).

Osimhen bu mövsüm “Qalatasaray”da 30 oyunda 26 qol vurub, 5 məhsuldar ötürmə edib.