“Ordu” “Sumqayıt”ı məğlub etdi

Azərbaycan Basketbol Liqasının VI turunun növbəti oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, bu gün baş tutan yeganə oyunda “Ordu” “Sumqayıt”la qarşılaşıb. Matç “Ordu”nun qələbəsiylə başa çatıb – 115:81.

Ötən gün “Naxçıvan” “Neftçi”ni (83:72), “Sabah” isə “Sərhədçi”ni (67:64) məğlub edib.

Turun digər qarşılaşmaları 13-14 dekabrda gerçəkləşəcək.