“Onun “Real”a keçidinə təəssüfləndim”

PSJ-nin baş məşqçisi Luis Enrike açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu yay “Real”a keçən sabiq futbolçusu Kilian Mbappe haqda danışıb:

“Kilian əla insandır. Həm mehriban, həm də ünsiyyətcildir. Onun “Real”a keçidinə təəssüfləndim. Xüsusilə də, həmin vaxt. Lakin futboldur və belə hallar qaçılmazdır”.