“Onun bizə qarşı oynaması problem deyil”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında bu gün “Aston Villa”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matç haqda bunları deyib:

“Maraqlı oyun olacaq. “Aston Villa”da çıxış edən sabiq oyunçumuz Marko Asensionu yaxşı tanıyıram. O, yüksək səviyyəli futbolçudur. Onun bizə qarşı oynaması problem deyil. Asensionu yaxşı tanıyırıq”.

PSJ – “Aston Villa” matçına saat 23:00-da start veriləcək.