Onlara çatılmayacaq – milli D Liqasına doğru

Azərbaycan millisi UEFA Millətlər Liqasında IV turda Slovakiyaya məğlub olub – 1:3.

FutbolPress“in məlumatına görə, qrupda keçirdiyi 4 oyunda da uduzan yığmanın B Liqasına yüksəlmək şansı qalmayıb. Hazırda xalsız olan komanda sonuncudur və sona iki tur qalmış ikinci pillədəki Slovakiyadan 10 pillə geridədir.

Azərbaycan millisi qrup sonuncusu olsa, turnirin yeni mövsümündə D Liqasında mübarizə aparacaq.