Azərbaycan Premyer Liqası təmsilçilərinin bəziləri artıq bu gündən qış hazırlığına başlayıb.
Futbolpress.az xəbər verir ki, “Zirə”, “Şamaxı” və “Kəpəz” bu gündən bir araya gələcək. “Zirə” və “Şamaxı” Bakıda, “Kəpəz” isə Gəncədə hazırlığını davam etdirəcək.
Premyer Liqada 10 klubdan yalnız “Turan Tovuz” qış fasiləsini Türkiyədə keçirəcək. Digər komandalar isə Azərbaycanda məskunlaşacaq.
Sabah daha iki komanda – “Qarabağ” və “Səbail” toplanışa başlayacaq.
Premyer Liqada II dövrəyə yanvarın 17-də “Qarabağ” – “Şamaxı” matçı ilə start veriləcək.