Onlar üçün çempionluq mübarizəsi başa çatdı

Azərbaycan I Liqasında 24-cü yekun vurulub.

Futbolpress.az xəbər verir ki, MOİK bu turda “İrəvan”a məğlub olub. Görüş 1:3 hesabıyla başa çatıb.

Bununla da, sona üç tur qalmış MOİK-in çempionluq şansları tükənib. Komanda 42 xalla 4-cüdür və lider “Qaradağ Lökbatan”dan 10 xal geri qalır.

I Liqada qızıl medallar uğrunda əsas mübarizə “Qaradağ Lökbatan və “Şamaxı” arasında olacaq. Sonuncu turda “Karvan”a uduzan “İmişli” birinci pillədən altı xal geri qalır və növbəti üç oyunda bu fərqi bağlamaq çətin görünür. “Qaradağ Lökbatan” ən yaxın izləyicisi “Şamaxı”nı da 4 xal üstələyir. Çempionluq Bakı təmsilçisinin öz əlindədir.

Çempionatın sonuncusu isə “Araz Saatlı” olacaq. Komanda 24 turda cəmi 10 xal toplayıb və 9-cu “Difai Ağsu”dan 10 xal da geri qalır.

Kamil Əhməd