Fransa millisinin futbolçusu Vilyam Saliba Avro-2024-ün yarımfinalında İspaniyaya məğlub olduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Məyus olduq, çünki daha yaxşı oynaya bilərdik. Qol vursaq da, sonra rəqib önə keçməyi bacardı. Düzü, onlar bizdən yaxşı oynadı və bunu qəbul etməliyik. Çətin olsa da, vəziyyət budur”.