“Onlar bacarıqlarını göstərdilər” – Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün yarımfinalında İspaniyaya məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“İspaniya bu gün çox yaxşı komanda olduğunu sübut etdi. Önə çıxsaq da, hesabı qoruya bilmədik. Rəqib topa nəzarəti artıranda bizə problemlər yaratdı. Onlar bacarıqlarını göstərdilər.

Buraxılan iki qola reaksiya verməkdə gecikdik. İstədiyimiz qədər təzyiq qura bilmədim. Uşaqlar bacarıqlarının 100 faizini göstərə bilmədi”.