Onanaya alternativ tapıldı

“Mançester Yunayted” “Sauthempton”un qapıçısı Aaron Ramsdeyllə maraqlanır.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi Ramsdeyli Andre Onananın əvəzedicisi kimi görür. Mançester təmsilçisi, 26 yaşlı futbolçunun “Arsenal”da qapıçı kimi əvvəlki təcrübəsinin də klub üçün xeyirli ola biləcəyinə inanır.

Ramsdeyl keçən yay “Arsenal”dan ayrıldıqdan sonra “Sauthempton”a qoşulub. Aaron bu mövsüm bütün turnirlərdə 26 matçda iştirak edib və 59 qol buraxıb.