Ona görə Edersondan imtina etdilər

“Mançester Siti”nin qapıçısı Ederson “Əl İttihad”ın transfer siyahısından çıxıb.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi bu mövqeyə “Malyorka”dan Predraq Raykoviçi transfer edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Əl İttihad” yüksək transfer məbləği olduğu üçün Edersondan vaz keçib.

Braziliyalı qapıçı 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, 332 matçın 155-də qol buraxmayıb.