“Omoniya”nın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının pley-off mərhələsində “Zirə”yə qalib gəldikləri görüşü (6:0) şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Komandanı təbrik edirəm. Çox yaxşı oyun sərgilədik. Hesab bir az böyükdür, yaxşı komandaya qarşı oynadıq və “Zirə” bəlkə də, ilk dəfə idi ki, belə qollar buraxırdı. Avropada bu qədər qol vurduğumuz üçün xoşbəxtəm. Çox enerji sərf etdik.
Bu gün azarkeşlərimizin də dəstəyi ilə inamlı oynadıq. Bir an diqqətimizi itirmədik. Bəzi anlarda cüzi boşluqlar oldu, amma rəqibi demək olar. uzun müddət öz cərimə meydançasında saxladıq. Azarkeşlərimizin qələbədə rolu böyük oldu”.