Olmonun vəziyyəti qeyri-müəyyəndir

Yayda “Leyptsiq”dən “Barselona”ya keçən Dani Olmo klubun maddi sıxıntıları səbəbindən qeydiyyat problemi ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Andreas Kristensenin uzunmüddətli zədəsi səbəbindən müvəqqəti olaraq La Liqada qeydiyyatdan keçdi. Lakin Kristensenin dönüşü yaxınlaşdıqca Olmonun heyətdəki yeri də sual altına düşüb.

Məhkəmənin son qərarı vəziyyəti daha da mürəkkəbləşdirib. Hakim İqnasio Fernandez de Senespleda “Barselonan”nın Olmonun qeydiyyat müddətinin uzadılması tələbini rədd edib.

Klub dərhal həll tapa bilməsə, bu qərar Olmonun mövsümün qalan hissəsində iştirakını risk altında qoyur.

Maliyyə rıçaqları mövcud olduqda, “kataloniyalılar” Olmonu transfer etmək və mövsümdə iştirakını davam etdirmək üçün lazım olan maliyyə çevikliyinə sahib olacaq.

İspaniyalı futbolçunun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır, çünki klub müqaviləni yekunlaşdırmaq üçün zamana qarşı yarışır.